“Everton”un irlandiyalı futbolçusu Şeymus Koulmanın qarşıdakı 1 il ərzində məvacibini FİFA ödəyəcək. Apasport.az saytı “The Times” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı müdafiəçinin millinin heyətində zədələnməsidi.
Belə ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Uelslə oyunda Koulman ciddi xəsarət alıb. Ayağı qırılan futbolçunun 1 illik sıradan çıxdığı müəyyənləşib.
Nəticədə ali futbol qurumu İrlandiya yığmasının düşərgəsində zədələnən Koulmanın klubdakı 1 illik maaşını ödəməyi öhdəsinə götürüb. Təcrübəli futbolçuya zədəsini sağaldana qədər hər həftə 58 min avro təzminat haqqı veriləcək.
Qeyd edək ki, İrlandiya – Uels matçı qolsuz heç-heçə ilə nəticələnmişdi.