[b]FİFA referiləri diviziona göndərildi[/b]
02.10.2017 - 16:04
[b]FİFA referiləri diviziona göndərildi[/b]

Azərbaycan çempionatının I divizionunda 2017/18 mövsümünün ilk turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi FİFA referilərini də aşağı dəstəyə göndərib.

 

Belə ki, Ömər Paşayev və Rəhim Həsənov I divizionda baş hakim funksiyasını yerinə yetirəcək. Onlar müvafiq olaraq, “Ağsu” – “Zaqatala” və “Turan Tovuz” – “Şüvəlan” qarşılaşmalarını idarə edəcək.

 

Premyer Liqa hakimlərindən İnqilab Məmmədov, Orxan Məmmədov və Rəvan Həmzəzadə də yüksək dəstədəki fasilə dövründə I divizionda oyun idarə edəcək.

 

I divizion

I tur

3 oktyabr (çərşənbə axşamı)

15:30. “Xəzər” – “Mil-Muğan”
Hakimlər: İnqilab Məmmədov, Roman Vasilyev, Elşad Abdullayev, Alik Yunusov
Hakim-inspektor: Rüfət Əliyev
“AZAL Arena”

15:30. “Ağsu” – “Zaqatala”
Hakimlər: Ömər Paşayev, Vüqar Bayramov, İsgəndər Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Azad Mütəllimov
Ağsu şəhər stadionu

4 oktyabr (çərşənbə)

15:30. “Turan Tovuz” – “Şüvəlan”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Yaşar Abbasov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramiz Əsədov
Tovuz şəhər stadionu

15:30. MOİK – “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Fərid Məmmədov
Hakim-inspektor: Rüfət Hüseynov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:30. “Sabah” – “Binə”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elman Kərimov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Zöhrab Qədiyev
Binə qəsəbə stadionu