[b]FİFA referiləri I diviziona göndərildilər[/b]
03.10.2016 - 18:11
[b]FİFA referiləri I diviziona göndərildilər[/b]

Futbol üzrə Azərbaycan I Divizionunda V turun hakim təyinatları açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, əsasən Topaz Premyer Liqasında oyunlar idarə edən 4 referi I diviziona göndərilib.

 

Bunlar Ramil Diniyev, Ömər Paşayev, Rəhim Həsənov və Orxan Məmmədovdu. Onlar arasında FİFA dərəcəsini daşıyan son iki hakimin adının yer alması təəccüb doğurmaya bilməz. Diniyev V tur çərçivəsində MOİK – “Şahdağ”, Paşayev “Bakılı” – “Zaqatala”, Həsənov “Şəmkir” – “Turan Tovuz”, Məmmədov isə “Mil-Muğan” – “Rəvan” qarşılaşmasında ədalət təmsilçisi olacaq. Onlar arasında
 

4 oktyabr (çərşənbə axşamı)

15:00. MOİK – “Şahdağ”
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Rahil Ramazanov, Kərim Kərimov
Hakim-inspektor: Rüfət Əliyev
“Bayıl Arena”

15:00. “Qaradağ Lökbatan” – “Şərurspor”
Hakimlər: Hacıəli Ağayev, Vüsal Qənbərov, Tural Bayramov, Bəxtiyar Gözəlov
Hakim-inspektor: Əlibala Ələsgərov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Göyəzən” – “Ağsu”
Hakimlər: Xəlil Xəlilov, Elgün Adıgözəlli, Hüseynxəlil Orucoğlu, Namiq Bəkirov
Hakim-inspektor: Rəhman Tağıyev
Qazax şəhər stadionu

15:00. “Energetik” – “Səbail”
Hakimlər: Ramiz Məhərrəmov, Eyyub İbrahimov, Ruslan Babayev, Teymur Fərhadov
Hakim-inspektor: Vasif Məmmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu


5 oktyabr (çərşənbə)
 

13:00. “Bakılı” – “Zaqatala”
Hakimlər: Ömər Paşayev, Roman Vasilyev, Habil Əliyev, Elgün Hüseynov
Hakim-inspektor:  Abdulla Məmmədov
“İnter Arena”, 4-cü meydança

15:00. “Şəmkir” – “Turan Tovuz”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Yavər Rəhimov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Mil-Muğan” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Elçin Əsədov, Natiq Əlixanov
Hakim-inspektor: Sabir Mütəllimov
Heydər Əliyev adına İmişli şəhər stadionu

 

0