Topaz Premyer Liqasının XIII turunda keçirilən “Zirə” – “İnter” oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş hakimi Orxan Məmmədov 19-cu dəqiqədə qonaqların futbolçusuna qırmızı vərəqə göstərib.
Məsələ burasındadı ki, hava mübarizəsi zamanı dirsəyi ilə rəqib müdafiəçinin yüksəlməsinə mane olan qonaqların hücumçusu Pərdis Fərcad-Azad bir anlıq şok yaşayıb. Belə ki, bu kobudluqdan sonra FİFA referisi Orxan Məmmədov millimizin forvardına qırmızı vərəqə göstərib. Futbolçuların etirazından sonra referi vərəqənin qırmızı olduğunu görərək səhvini düzəldib və hücumçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, hazırda ilk hissəsi gedən görüşdə hesab açılmayıb.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU