FİFA Ukrayna və Malta yığmaları arasında keçirilmiş oyunla bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, maltalıların 1:0 hesabı ilə qalib gəldikləri görüş FİFA reysterinə daxil edilməyəcək.
Rəsmi yoxlama oyunu statusunu itirən matç milli komandaların reytinq cədvəlində də hesablanmayacaq. Buna səbəb yığmaların qarşılıqlı razılıqla qaydaları pozmasıdı.
Məsələ ondadı ki, FİFA-nın mövcud qaydalarına görə rəsmi yoxlama matçlarında hər komanda maksimum 6 əvəzetmədən yararlana bilər. Həmin oyunda isə Ukrayna 10, Malta 9 dəyişikliyə əl atıb. Buna görə də FİFA matçı tanımaqdan imtina edib.
Beləliklə, sonuncu dəfə 2015-ci il iyunun 8-də qalib gələn Malta 2 ildən sonra qələbə sevincindən məhrum olub.