[b]FİFA vitse-prezident və baş katibin cəzasını azaltdı[/b]
06.07.2016 - 12:51
[b]FİFA vitse-prezident və baş katibin cəzasını azaltdı[/b]

FİFA-nın sabiq baş katibi Jerom Valkenin cəzasında dəyişiklik edilib. Apasport.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, fransalı futbol adamının cəzası azaldılıb.

 

FİFA-nın Etika Komitəsi məsələ ilə bağlı iclas keçirib. Dünya çempionatının bilet satışı zamanı qanunsuz iş gördüyü üçün 12 illik futboldan uzaqlaşdırılan Valkenin cəzası 10 ilə endirilib. Ancaq ona kəsilən 100 min İsveçrə frankı məbləğində cərimədə bir dəyişiklik edilməyib.

 

Həmçinin rüşvətə görə futbol fəaliyyətindən 6 illik uzaqlaşdırılan FİFA-nın keçmiş vitse-prezidenti Çun Mon-Junun cəzası 5 il olub. Cənubi koreyalı iş adamının 100 min İsveçrə frankı məbləğində cəriməsi isə yarı-yarıya endirilib.