“Qəbələ”nin futbolçusu Filip Ozobiç ilkə imza ata bilər. Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk və yeganə oyunçu olmaq imkanına malikdi.
Bunun üçün 26 yaşlı futbolçunun XIX turun “Qarabağ”la matçında 1 qol vurması kifayətdi. Filip bunu bacarsa, cari mövsümün ilk 3 dövrəsində eyni rəqibə hər dəfə qol vuran ilk və yeganə futbolçu olacaq.
Belə ki, legioner VII turun ev (2:0), XIII turun səfər (1:2) görüşlərində də ağdamlıları məyus etmişdi. Mövsümün ilk iki yarısında yalnız 4 futbolçu hər iki dövrədə qol vurmağı bacarmışdı.
Onlardan üçü artıq III dövrədə də eyni komandaların duelində meydana çıxıb və heç biri seriyasını davam etdirə bilməyib. Sonuncu meydana çıxacaq Ozobiç isə şansını XIX turda sınayacaq.