Bu ilin may ayında Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatına qatılacaq daha bir komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, Fransa millisi də mayın 5-də start götürəcək yarışda iştirak etməyə haqq qazanıb.
“Xoruzlar” elit-raundun 6-cı qrupunda İslandiyanı məğlub edib. İlk matçda Yunanıstanı da xalsız qoyan fransızlar bununla da 2 turdan sonra 6 xal toplayıb və ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub.
Belə olan halda isə sonuncu, 3-cü turun nəticəsindən asılı olmayaraq, qrup liderliyi təmin edilib.
Qeyd edək ki, daha əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.