“Monako”nun yarımmüdafiəçisi Tomas Lemar karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu yenidən “Barselona”nın maraq dairəsinə düşüb.
“Arsenal” bu yay 22 yaşlı futbolçu üçün 90 milyon funt-sterlinq təklif etsə də, keçid son anda baş tutmamışdı. Hələ də “topçular”ın gündəmində olan Fransa millisinin üzvünün mövsümün əvvəlində olduğu kimi, yenə “Barselona”ya keçmək ehtimalı yüksək qiymətləndirilir. Kataloniyalılar onu mövsümün sonunda heyətə cəlb etmək üçün qarşı tərəflə danışıqlara start veriblər. “Monako”nun vitse-prezidenti Vadim Vasilyev də onu gələn yay sata biləcəklərini istisna etməyib.
Qeyd edək ki, Fransa millisinin 3 futbolçusu – Samuel Umtiti, Luka Dinye və Osman Dembele hazırda “Barselona”nın formasını geyinirlər.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”