[b]Fransa millisinin üzvü “Real”da[/b]
04.04.2017 - 13:34
[b]Fransa millisinin üzvü “Real”da[/b]

Madrid “Real”ı müdafiə xəttini gücləndirib. Apasport.az saytı “Marca” qəzetinə istinadən xəbər verir ki, “kral klubu” “Atletiko”nun üzvü Teo Ernandeslə razılaşıb.

 

İcarə əsasında “Alaves”də çıxış edən 19 yaşlı sol cinah müdafiəçisi ilə müqavilənin şərtlərində ortaq məxrəcə gəlinib. “Real” rəhbərliyi bu keçid müqabilində qarşı tərəfə 24 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Fransanın U-21 yığmasının üzvü olan Teo Ernandes “Alaves”in heyətində bu mövsüm La Liqada 22 matçda iştirak edib.