[b]Fransa millisinin üzvü Çinə köçə bilər[/b]
26.12.2016 - 18:53
[b]Fransa millisinin üzvü Çinə köçə bilər[/b]

“Marsel”in formasını geyinən Lassana Diarra Çindən təklif alıb. Apasport.az saytı xəbər verir ki, adı açıqlanmayan həmin klubun 31 yaşlı futbolçuya görə fransızlara 10 milyon avro ödəməyə hazır olduğu bildirilir.

 

Bundan əlavə, Çin təmsilçisi Diarraya yüksək məvacib ödəməyə də hazırdı. Təcrübəli yarımmüdafiəçinin Asiya ölkəsinə köçməyə razı olduğu gözlənilir.

 

Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Arsenal”, “Real” kimi klubların formasını geyinmiş Diarra Rusiyada isə “Anji” və “Lokomotiv”in uğurları üçün çalışıb.