[b]Fuad Əsədovun Gəncədə qol sevinci - FOTO[/b]
25.09.2016 - 16:51
Topaz Premyer Liqasının VI turunda keçirilən “Kəpəz” – “Qarabağ” matçında bir neçə tanış sima var. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşmanı izləyənlər arasında AFFA-nın sabiq baş katibi Fuad Əsədov da var.
O, görüşü fəxri tribunadan şəhər icra başçısı Elmar Vəliyevlə birlikdə seyr edir. Maraqlıdı ki, “Kəpəz”in 54-cü dəqiqədə hesabı açdığı epizodda Əsədov ən azı Vəliyev qədər sevinib.
Onlar uzun müddət Frederiko Juniorun qolunu ayaq üstə alqışlayıblar.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb
0
0