[b]Futbolçu narkotik maddə qaçırarkən yaxalandı[/b]
13.04.2017 - 13:24
[b]Futbolçu narkotik maddə qaçırarkən yaxalandı[/b]

ABŞ-lı futbolçu Daniel Qomes yaxalanıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 21 yaşlı oyunçunun yüklü miqdarda narkotik maddə qaçırmağa çalışmasıdı.

 

Belə ki, Maksikanın 3-cü liqa komandası “Tijuana”nın üzvü ölkəsinə 24 kq ağırlığında narkotik xüsusiyyətli maddə olan metamfetamin aparmağa cəhd edib. Maraqlıdı ki, o, həmin tabletləri avtomobilinin nömrə yerinin arxasında və ehtihat təkərin içində gizlədib. Qomesin qaçma ehtimalını nəzərə alan San Dieqo Federal Prokurorluğu onun haqqında həbs qərarı verib.

 

Hadisə ilə bağlı futbolçunun vəkili və ya “Tijuana” klubu tərəfindən hələlik açıqlama verilməyib.