Argentina futbolunda xoşagəlməz hal baş verib. Apasport.az saytının xarici mətbuatına istinadən məlumatına görə, “Defensa Justikia” klubunun futbolçuları qarət edilib.
Hadisə 1-ci liqa təmsilçisinin məşqi zamanı yaşanıb. Belə ki, məşq vaxtı 4 nəfər silahlı quldur bazaya daxil olaraq, futbolçuların telefonunu, pulqabı və qiymətli əşyalarını əllərindən alıb. Klub prezidenti Joze Lemme hadisə ilə istintaqın başlandığını bildirib: “Xoşbəxtlikdən yaralanan olmayıb. Təhlükəsizlik tədbirlərini artıracağıq. Ümid edirik ki, həmin şəxslər tezliklə yaxalanacaq”.
Qeyd edək ki, Argentina Futbolçular Birliyinin prezidenti Serxio Marçi bir müddət əvvəl 1-ci liqada çıxış edən futbolçuların 4 aydı maaş almadıqlarını bildirmişdi.