Topaz Premyer Liqasının XXIV turu üç futbolçunun qol hesabını açması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ilki ən çox gecikən Rafael Santosdu.
“Qəbələ”nin braziliyalı müdafiəçisi 57-ci çempionat oyununda “siftə” edib. Cari mövsümdə Premyer Liqada oynamış futbolçulardan yalnız 6-nın davam edən qol həsrəti daha uzundu. Onlardan ikisi - Elvin Əliyev (182) və Bədavi Hüseynov (122) isə 100-ü də arxada qoysa da, hələ qol vurmayıb.
“Neftçi”nin ispan legioneri Anyete 15, “Rəvan”lı Məmməd Quliyev isə 13-cü görüşündə ilk qolun sevincini yaşayıb. İki futbolçu isə indiki klubunda çempionatda qol sevinci yaşayıb. Kərim Diniyev “Kəpəz”dəki 19-cu, Rəşad Eyyubov “Qəbələ”dəki 6-cı matçında istəyinə çatıb.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?