[b]Gəncə ilə Şüvəlan arasındakı dağlar qədər fərq[/b]
18.04.2016 - 00:01
Topaz Premyer Liqasında XXX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bazar günü baş tutan iki qarşılaşma ilə həftənin yekun mənzərəsi müəyyənləşib.
Keçirilən matçlardan üçü paytaxtda, ikisi isə əyalətdə oynanılıb.
Ən çox tamaşaçı Gəncədə “Kəpəz” – “İnter” (1:1) matçında qeydə alınıb. Qalibin müəyyənləşmədiyi oyunda rəsmi olaraq 11300 azarkeş olub.
Turun ən az azarkeş gələn qarşılaşması isə AZAL – “Sumqayıt” matçı olub. Şüvəlandakı "AZAL Arena"da cəmi 250 nəfər komandalara dəstək olub.
0
0