[b]Gəncədə icra başçısından futbolçulara göstəriş[/b]
25.09.2016 - 16:02
[b]Gəncədə icra başçısından futbolçulara göstəriş[/b]

Topaz Premyer Liqasının VI turunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununu izləyənlər arasında tanış simalar da  var. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, Gəncə şəhər icra başçısı Elmar Vəliyev də qarşılaşmanı izləyir.

 

Görüşü VİP-lojadan həyəcanla seyr edən Vəliyev top “Qarabağ” futbolçularında olanda “pressinq, pressinq” deyərək, sevimli komandasına dəstək verməyə çalışır. O, həmçinin VİP-lojadan aşağıdakı tribunada əyləşən azarkeşləri də komandanı dəstəkləməyə səsləməsi ilə diqqət çəkir.

 

Qeyd edək ki, hazırda  birinci hissəsi gedən görüşdə hesab açılmayıb.