[b]"Kəpəz"də zədə - FOTO[/b]
25.09.2016 - 15:55
[b]"Kəpəz"də zədə - FOTO[/b]

Topaz Premyer Liqasının VI turu çərçivəsində “Qarabağ”ı qəbul edən “Kəpəz” itki ilə üzləşib. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, gəncəlilər aparıcı futbolçu Şəhriyar Əliyevin xidmətindən məhrum qalıblar.

 

Matçın 24-cü dəqiqəsində meydanın mərkəzinə yaxın tərəfdə xəsarət alan Əliyev kənarda həkim müdaxiləsindən sonra meydana dönsə də, oyunu davam etdirə bilməyib. Bir neçə dəqiqə axsayaraq oynamağa çalışan futbolçu tezliklə əvəzlənib. Onun əvəzinə meydana Azad Kərimov girib.

 

Qeyd edək ki, Şəhriyar Əliyev müqavilə ilə “Qarabağ”a məxsusdu.