[b]Gəncədə yarımçıq dəstək - FOTO[/b]
25.09.2016 - 17:20
Topaz Premyer Liqasının VI turunda keçirilən “Kəpəz” – “Qarabağ” görüşündə son dəqiqələr gedir. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, artıq tribunalar boşalmağa başlayıb.
Hesab 1:1 olsa da, bəzi azarkeşlər arenanı tərk etmək qərarına gəliblər. Bir hissə isə stadiondan tez ayrılmaq üçün indidən aşağı düşüblər.
Qeyd edək ki, hazırda görüşdə əlavə dəqiqələr oynanılır.
0
0