[b]Gəncəli azarkeş media-sektora göz dikdi - FOTO[/b]
25.09.2016 - 15:11
[b]Gəncəli azarkeş media-sektora göz dikdi - FOTO[/b]

Topaz Premyer Liqasının VI turu çərçivəsində “Qarabağ” “Kəpəz”in qonağı olacaq. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma öncəsi xoşagəlməz an yaşanıb.

 

Belə ki, media-sektora yaxın tribunada əyləşən azarkeşlərdən biri jurnalistlərin yerinə göz dikib. Orta yaşlı həmin şəxs bunun üçün hətta klub rəsmiləri ilə söz “davasına” da çıxıb. Yekunda “Kəpəz”in mətbuat xidmətinin əməkdaşı araya girərək, onu sakitləşdirib.

 

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu saat 15:30-da başlayacaq.

0