[b]Gürcülərə daha bir Azərbaycan “zərbəsi”[/b]
28.08.2016 - 20:02
[b]Gürcülərə daha bir Azərbaycan “zərbəsi”[/b]

“İnter” Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” qonşu ölkədə “Samtredia” ilə qarşılaşıb.

 

Bir müddət əvvəl UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində “Qəbələ”nin yolundan kənarlaşdırdığı komandanı “İnter” də məyus edib.

 

Zaur Svanadzenin yetirmələri gürcü məşqçinin həmyerlilərini 2 cavabsız qolla məğlub ediblər. Komandamızın heyətində Slavik Alxasov və Samir Zərgərov fərqlənib.

 

“İnter”matça aşağıdakı heyətlə başlayıb: Orxan Sadıqlı, Slavik Alxasov, Denis Silva Kruz, Adrian Skarlatake, İlkin Qırtımov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Məmməd Quliyev, Mirsahib Abbasov, Samir Zərgərov, Rauf Əliyev