20 yaşadək futbolçulardan ibarət Gürcüstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 16-da Azərbaycanın müvafiq yaş qrupundan olan komanda ilə görüşəcək qonşu ölkə təmsilçisi bu gün Bakıya gələcək.
Baş məşqçi Vasil Maysuradze ölkəmizə 20 futbolçu ilə gəlir. Gürcüstan yığmasının heyətində legioner də yer alıb. Bu, Türkiyə “Antalyaspor”unda çıxış edən David Muciridi.
Qapıçılar: Levan İsiani (“Qaqra”), Nika Kavtaradze (“Vit-Corciya”);
Müdafiəçilər: Sotne Patsatsia (“Merani”), Nikoloz Kurşavişvili (“Sxinvali”), Giorgi Jinjolava, Andria Purtseladze, Yuri Tabatadze (hamısı “Saburtalo”), Piruz Qabitaşvili (“Dinamo”, Tiflis), Zaur Kereleyşvili (“Dila”);
Yarımmüdafiəçilər: İrakli Buqridze (“Çixura”), David Samurkasov, Tornike Searçinuri (hər ikisi “Lokomotiv”), Beka Dartsmeliya (“Dinamo”, Tiflis), Qabriel Saqirişvili (“Samquruli”), Luka Poçkua (“Saburtalo”), Laşa Lejava (“Sioni”);
Hücumçular: Vato Arveladze (“Lokomotiv”), David Muciri (“Antalyaspor”, Türkiyə), Nuqzar Spandaraşvili (“Qaqra”), Mixail Erqemlidze (“Dinamo”, Tiflis).
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI