[b]Gürcüstanda futbolçu oyundan əvvəl öldü[/b]
02.10.2017 - 01:38
Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib. Apasport.az saytının məlumatına görə, “çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib.
Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.
Qeyd edək ki, Maminaşvili daha çox Batumi “Dinamo”sundakı çıxışı ilə məşhur idi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0