[b]Hakimin ayağı çuxura düşdü, diz qapağı çartladı[/b]
31.01.2017 - 11:41
[b]Hakimin ayağı çuxura düşdü, diz qapağı çartladı[/b]

İsrail futbolunda xoşagəlməz hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Hapoel” (Beer Şeva) ilə “Makkabi”nin (Hafya) U-19 komandaları arasında keçirilən oyunda hakim zədələnib.

 

Qarşılaşmanın startına bir neçə saniyə qalmış 4-cü hakimin ayağı meydandan kənarda olan çuxura düşüb. Üstü örtülmədiyindən açıq qalan çuxurun qurbanı olan referiyə dərhal ilkin tibbi yardım göstərilib. Ancaq o, oyuna çıxa bilməyib. Xəstəxanaya aparılan hakimin diz qapağının çartladığı aşkarlanıb.

 

Hadisə ilə bağlı sərt danışan Hakimlər Komitəsinin sədri Uzi Yitzaki arenanın bağladılacağını istisna etməyib: “Bu, çox ciddi hadisədi. Hakimin bəxti gətirdi, daha pis şeylər ola bilərdi. Belə məsuliyyətsizliyə görə, stadionun bağladılması da gündəmə gələ bilər”.

 

Qeyd edək ki, “Hapoel” - “Makkabi” görüşü 1:1 hesabı ilə başa çatıb.