[b]Hakimlər Komitəsinin sabiq sədri həbs olundu[/b]
05.01.2017 - 13:02
[b]Hakimlər Komitəsinin sabiq sədri həbs olundu[/b]

Belarus Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Andrey Jukova hökm oxunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Minsk məhkəməsi onun həbsinə qərar verib.

 

O,  əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məruz qalıb. Rüşvətxorluqda və vəzifəsindən sui-istifadədə ittiham olunan Jukov cəzasını sərt tipli koloniya rejimində çəkəcək.

 

2014-cü ilin oktyabrından 2016-cı ilin iyununa qədər hakimlərin yüksək liqaya təyinatı məsələsi ilə məşğul olan sabiq sədrin bu müddətdə rüşvət alma faktları ortaya çıxıb. Məhz iyun ayında işindən uzaqlaşdırılan Jukov həmin vaxt həbs olunmuşdu.

 

Yerli futbol federasiyası keçmiş sədri arzuolunmaz şəxs elan edib və onu ömürlük futboldan uzaqlaşdırma qərarı alıb.