[b]Hames Rodriges “Bavariya”ya keçdi![/b]
11.07.2017 - 15:40
[b]Hames Rodriges “Bavariya”ya keçdi![/b]

“Real”ın yarımmüdafiəçisi Hames Rodrigesin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kolumbiyalı futbolçu karyerasını Almaniyada davam etdirəcək.

 

PSJ və “Mançester Yunayted”in də maraq dairəsində olan 25 yaşlı orta sahə oyunçusu “Bavariya” ilə anlaşıb. Klublar arasındakı anlaşmaya görə, Hames qarşıdakı iki mövsümü icarə əsasında Bundesliqa çempionunun heyətində keçirəcək. Bu keçid ispanlara 10 milyon avro qazandırıb. “Bavariya” 2 ildən sonra onu birdəfəlik transfer etmək hüququna da malik olacaq. Almaniya nəhəngi keçidi rəsmi saytı vasitəsilə də bəyan edib. 

 

Qeyd edək ki, Hames Rodrigesin 2014-cü ildə “Monako”dan transferi zamanı “Real” 63,7 milyon avro xərc çəkib.