[b]Hamza Hamzaoğlu millimizin hücumçusunu təriflədi[/b]
06.12.2016 - 11:31
[b]Hamza Hamzaoğlu millimizin hücumçusunu təriflədi[/b]

“Çox yaxşı mübarizə apardıq və qələbə qazanmaq üçün hər kəs tək yumruq kimi oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Bursaspor”un baş məşqçisi Hamza Hamzaoğlu deyib.

 

Türkiyə Superliqasının XIII “Çaykur Rizəspor”u qəbul edən “Bursaspor” Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın dublu sayəsində 2:1 hesablı qələbə qazanıb. Bu, Yılmazın cari mövsümdə “siftə”si idi.

 

Millimizin hücumçusu barədə də danışan Hamzaoğlu onun ünvanına tərif yağdırıb: “Bu gün komandanı qələbəyə daşıyan qollar Dəniz Yılmazdan gəldi. Dəniz ötən mövsüm bizim əsas “silah”ımız idi. Onun gördüyü işlər tez unuduldu. Bəzən futbolçular istədiklərini həyata keçirə bilmirlər. Bu müddətdə onlara şans vermək lazımdı. Mən də Dənizi oynatmaqda israr etdim və onu yenidən qazandıq”.

 

Qeyd edək ki, 13 turdan sonra aktivində 24 xalı olan “Bursaspor” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.