[b]Prosineçki hardadı?[/b]
25.09.2016 - 18:34
[b]Prosineçki hardadı?[/b]

Milli komandanın məşqçiləri Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən daha bir qarşılaşmaya biganə yanaşıblar. Apasport.az saytının məlumatına görə, söhbət hazırda davam edən "Zirə" - "Qəbələ" matçından gedir.

 

Bu gün keçirilmiş "Kəpəz" - "Qarabağ" oyununda olduğu kimi, Zirə İdman Kompleksinin stadionunda da Robert Prosineçki və onun köməkçilərini görmək mümkün deyil.

 

Xorvatiyalı çalışdırıcı hər iki komandada milli üzvləri olmasına baxmayaraq, bu görüşə laqeyd münasibət göstərərək, qarşılaşmanı tribunadan izləməyi lazım bilməyib.

 

Qeyd edək ki, yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakıda Norveçlə, 3 gün sonra isə səfərdə Çexiya ilə qarşılaşacaq.