[b]Hart İngiltərəyə qayıdır?[/b]
19.04.2017 - 18:15
[b]Hart İngiltərəyə qayıdır?[/b]

“Torino”da icarə əsasında çıxış edən “Mançester Siti”nin qapıçısı Co Hart ölkəsindən təklif alıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı qolkiper “Liverpul”un maraq dairəsinə düşüb.

 

“Mersisaydlılar” Hartı yayda heyətlərinə qatmaq arzusundadılar. Onlar İngiltərə yığmasının üzvünün transfer hüququnu “Mançester Siti”dən birdəfəlik almağa çalışacaqlar. “Şəhərlilər”in bu təklifə razı olacaqları bildirilir.

 

“Liverpul” rəhbərliyi Hartın keçidini həll etmək üçün 20 milyon funt-sterlinq xərcləməyə hazırdı.

 

Qeyd edək ki, 2006-cı ildən “Mançester Siti”nin üzvü olan Hart 2008-ci ildən İngiltərə yığmasının da şərəfini qoruyur.