[b]Həmyerlimiz də komandasına kömək edə bilmədi[/b]
17.12.2016 - 01:53
Portuqaliya Sequndasında XIX tura start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Benfika”nın B komandası ilə qarşılaşıb.
Nəsirovun 64-cü dəqiqədə meydana çıxdığı oyun qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, hazırda hesabında 25 xal olan “Sportinq B” 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.
0
0