[b]Həmyerlimiz oynadı, komandası uduzdu[/b]
29.01.2017 - 00:17
[b]Həmyerlimiz oynadı, komandası uduzdu[/b]

Portuqaliya Sequndasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Fafe”nin qonağı olub.

 

Lissabon klubunun 0:2 hesablı məğlubiyyətilə nəticələnən oyunda Budaq start heyətində meydana çıxıb və sonadək oynayıb.

 

Qeyd edək ki, hazırda hesabında 26 xal olan “Sportinq B” 22 komanda arasında 19-cu pillədə qərarlaşıb.