[b]Həmyerlimiz oynamadı, komandası uduzdu[/b]
02.02.2017 - 00:35
[b]Həmyerlimiz oynamadı, komandası uduzdu[/b]

Yunanıstan Super Liqasında XI turdan təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Amit Quluzadənin qış fasiləsində transfer olunduğu AEL evdə PAOK-la qarşılaşıb.

 

Amitin iştirak ərizəsinə salınmadığı qarşılaşma 2:0 hesabıyla Saloniki təmsilçisinin qələbəsiylə nəticələnib. Həmyerlimiz hələ ki, AEL-də ilk “18”-liyə düşə bilməyib.

 

Qeyd edək ki, hazırda hesabında 16 xal olan Larissa təmsilçisi 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.