Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin X turunun son qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qruplarda yüksək yerlər uğrunda mübarizə aparan komandalar arasında 2-ci olanların qiyabi mübarizəsi də davam edir.
Belə ki, 9 qrupdan yalnız 8-nin ikincisi pley-offa yüksələcək. Ən pis nəticə göstərən komanda isə kənarda qalacaq. İkinci yer sahiblərinin müqayisəsi zamanı sonuncu pillə ilə görüşlər nəzərə alınmır.
İtaliya, Danimarka, Xorvatiya, Şimali İrlandiya və İrlandiya artıq pley-offa vəsiqəni təmin edib. Öz qrupunda 2-ci olan Slovakiyanın taleyi isə öz əlində deyil.
Hələlik ən zəif ikinci olan bu ölkənin yığmasının ümidləri H qrupu ilə bağlıdı. Oyunları bu gün keçiriləcək digər iki A və B qruplarının ikincisi isə pley-offa yüksələcək.
A qrupunda Fransa, İsveç və Hollandiyadan biri 2-ci olacaq. İlk “beşlik” oyunlarında Fransa 16, İsveç 13 xala malikdi. Hollandiya ikinci olmaq üçün İsveçi 7 top fərqi ilə üstələsə, “narıncılar” da xal hesabını 13-ə çatdırıb, Slovakiyanı arxada qoyacaq. B qrupunda isə 2-ci olan Hollandiyanın 18, bu pilləyə düşə biləcək İsveçrənin 21 xalı var.
Slovakiyanın kənarda qalmamağı üçün H qrupunda 2-ci yerin sahibi dəyişməlidi. Daha yaxşı göstərici ilə pley-offa yaxın olan Yunanıstan öz meydanında Cəbəllütariqi yenə bilməsə, Bosniya və Herseqovina səfərdə Estoniyaya qalib gəlsə, sonuncular 2-ci olacaq. Lakin mundial şansı tükənən bosniyalılar bununla yalnız Slovakiyanın yolunu açacaq. Çünki belədə balkanlıların “beşlik”dəki xalı 11-ə yüksələcək.
|
Qrup |
Komanda |
Oyun |
Xal |
T/F |
Qol |
|---|---|---|---|---|---|
|
B |
Portuqaliya |
7 |
18 |
+18 |
22 |
|
G |
İtaliya |
8 |
17 |
+4 |
12 |
|
E |
Danimarka |
8 |
14 |
+7 |
13 |
|
I |
Xorvatiya |
8 |
14 |
+4 |
8 |
|
A |
İsveç |
7 |
13 |
+10 |
17 |
|
C |
Ş. İrlandiya |
8 |
13 |
+4 |
10 |
|
H |
Yunanıstan |
8 |
13 |
+4 |
9 |
|
D |
İrlandiya |
8 |
13 |
+1 |
7 |
|
F |
Slovakiya |
8 |
12 |
+5 |
10 |
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"