[b]Hollandiya millisi Bakıya 14 oyunçu ilə gəlir[/b]
07.04.2016 - 09:47
[b]Hollandiya millisi Bakıya 14 oyunçu ilə gəlir[/b]

Futzal üzrə Hollandiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, dünya çempionatının pley-off mərhələsinin aprelin 12-də Bakıda keçiriləcək oyununda Azərbaycan yığmasını qonağı olacaq “narıncılar”ın yekun heyətində 14 futzalçı yer alıb.

 

Pley-off mərhələsinin cavab oyununda baş məşqçi Marsel Lusveld bu futzalçılara güvənəcək: Tevfik Ceyar, Mohamed Darri, Camal Əl-Qannuti, Manuel Kuyk, Ennes van Masbommel (hamısı “Knooppunt”), Mohamed Attaibi, Amir Molkarai, Mats Velsebor (hamısı “Hovokubo”), Anes Besliya (“Gelko Hasselt”, Belçika), Yoşua Juste (“Eyndhoven”), Zakaria Amrani (“Marlen”), Kərim Mossai (“Rotterdam”), Said Buzambu (“Qroense Star”), Zaid Əl-Morabiti (“Lebo”).

 

Qeyd edək ki. martın 22-də Almieredə keçirilən ilk oyunda Azərbaycan millisi 5:1 hesablı səfər qələbəsi qazanıb.