[b]Hücumçumuza 90 dəqiqə bəs etmədi[/b]
20.02.2017 - 01:26
[b]Hücumçumuza 90 dəqiqə bəs etmədi[/b]

Millimizə cəlb olunan Renat Dadaşov “Ayntraxt”ın U-19 komandasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisi doğma meydanda "Qroyter Fyurt" ilə qarşılaşıb.

 

Gənclər Liqasının Cənub-qərb zonası üzrə birinciliyinin 18-ci turu çərçivəsində keçirilən görüş qolsuz bərabərliklə başa çatıb.

 

Matça start heyətində başlayan Renat görüşü əvəzedilmədən başa vurub.

 

Qeyd edək ki, “Ayntraxt” U-19 18 oyundan sonra 24 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.