“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard həyat yoldaşı Elena Şegerə qeyri-adi ad günü hədiyyəsi göndərib.
Belə ki, İbra “Vest Bromviç”lə qarşılaşmada vurduğu qoldan sonrakı sevincini əks etdirən şəkli xanımına göndərib. Həmin şəkildə isə İbrahimoviçin komanda yoldaşı Jesse Linqardın üzərinə tullanması və ikincinin qorxuya düşməsi diqqət çəkir.
Qeyd edək ki, İbrahimoviç iki il əvvəl bir jurnalistin “həyat yoldaşınıza hansı hədiyyəni alacaqsınız” sualına “Heç nə almayacam. O, onsuz da, Zlatana sahibdi” cavabını vermişdi.