İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç karyerasını “Mançester Yunayted”də davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, Britaniya mətbuatı tərəflər arasında ilkin razılığın əldə olunduğunu yazıb.
Hazırda azad agent statusu daşıyan İbrahimoviçin “mankunianlar”la 1 illik sözləşmə imzalayacağı bildirilir. “Mançester Yunayted” rəhbərliyi bu keçidi Avropa çempionatına qədər rəsmiləşdirmək niyyətindədi.
Transfer baş tutsa, bu, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Joze Mourinyonun istəyi ilə baş tutan ilk keçid olacaq.
Qeyd edək ki, İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ klublarının da formasını geyinib.
>