[b]İcraiyyə Komitəsinin gündəliyi açıqlandı[/b]
02.11.2017 - 16:25
[b]İcraiyyə Komitəsinin gündəliyi açıqlandı[/b]

AFFA-nın İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutacaq yığıncaq saat 9:30-da başlayacaq.

 

Komitə üzvləri öncə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədləri müzakirə edəcək. Ardınca AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yolun təqdimatı olacaq.

 

İclasın sonunda komitə üzvləri digər məsələlər ətrafında müzakirə aparacaq. Yığıncaq  başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.