[b]İctimai nəqliyyatın ulduz sərnişinləri: Səmədovdan tutmuş, Çexə qədər[/b]
20.09.2016 - 18:00
[b]İctimai nəqliyyatın ulduz sərnişinləri: Səmədovdan tutmuş, Çexə qədər[/b]

İngiltərə çempionatında “Uotford”a məğlubiyyətdən sonra “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun yetirmələrini Mançesterə qatarla qaytarması Avropa futbolunda gündəmi zəbt edib. Apasport.az saytı xəbər verir ki, bu, futbol ulduzlarının ictimai transportla ilk səfəri olmayıb.

 

Belə ki, bu vaxta qədər xeyli sayda məşhur oyunçu avtobus, qatar və metrodan istifadə etməli olub. Bəziləri bunu cəza olaraq çəkiblərsə, bəziləri vaxta qənaət etmək üçün bu nəqliyyat vasitələrinə miniblər. Bəzilərinə isə adi vətəndaşların sırasında olmaq xoş gəlir.  

 

Onların sırasında Petr Çex, Con Terri, Xuan Mata və Lukas Podolskidən tutmuş, Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov da olub. Məşqçilərdən isə Yoahim Löv və Roberto Mançini “ulduz xəstəliyi”nə tutulmayanlardandı.  

0