[b]III dövrə paytaxt derbisi ilə yekunlaşacaq[/b]
01.03.2017 - 13:57
[b]III dövrə paytaxt derbisi ilə yekunlaşacaq[/b]

Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları iki günü əhatə edəcək.

 

Tura “Sumqayıt” – “Qarabağ” matçı ilə start veriləcək. III dövrənin son qarşılaşmasında “Neftçi” və “Zirə” paytaxt derbisində qarşılaşacaq.

 

Qeyd edək ki, turun görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.  

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

16:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt. Şəhər stadionu


20:00. “İnter” – “Qəbələ”
“İnter Arena”

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL
Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu