[b]İntizam Komitəsi bir-birini söyən futbolçuları cəzalandırdı[/b]
15.11.2016 - 13:46
[b]İntizam Komitəsi bir-birini söyən futbolçuları cəzalandırdı[/b]

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantıda I divizonun XI turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.

 

“Şərurspor” – “Şahdağ” matçının 90+2-ci dəqiqəsində hər iki komandanın oyunçuları arasında qarşıdurma yaranıb. Bir-birilərini təhqir etdikləri üçün birbaşa qırmızı vərəqə alan qonaqlardan Ramin Mansurovla ev sahiblərinin üzvü Musa Rəhimov İK tərəfindən 3 oyunluq cəzaya məruz qalıblar. Bundan əlavə, hər iki klub 160 manat cərimə olunub.

 

Qeyd edək ki, görüş “Şərurspor”un 3:1 hesablı qələbəsi ilə nəticələnib.