[b]“Qalatasaray” mübarizəyə qoşulur: 2 gündə 33 oyun [/b]
11.07.2017 - 11:11
[b]“Qalatasaray” mübarizəyə qoşulur: 2 gündə 33 oyun [/b]

Sabah Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün ərzində 33 qarşılaşma baş tutacaq.

 

Bu görüşlərdən biri sabah, 32-si iyulun 13-də baş tutacaq. Azərbaycanın üç komandası - “İnter”, “Qəbələ” və “Zirə” də meydana çıxacaq. Sonuncular səfərdə digər iki komanda evdə oynayacaq.

 

Mərhələyə Bakıda baş tutacaq sabahkı “İnter” - “Fola” matçı ilə start veriləcək. Ertəsi gün “Qəbələ” evdə “Yagelloniya”nı sınağa çəkəcəksə, “Zirə” rəqib meydanında “Astra” ilə görüşəcək. İlk oyunlar çərçivəsində son matç isə “Valyur”la “Domjale” olacaq.

 

Qonşu Türkiyə də avrokuboklara bu həftə start verəcək. Ölkəmizdə kifayət qədər fanatı olan “Qalatasaray” İsveçdə “Ostersun”un qonağı olacaq.

 

İstanbul təmsilçisi kimi avrokubok qazanmış daha bir komanda da meydana çıxacaq. “Srvena Zvezda” səfərdə “İrtış”la üz-üzə gələcək.

 

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

12 iyul

20:00. “İnter” (Azərbaycan) - “Fola” (Lüksemburq)

13 iyul

18:00. “İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)

18:45. “Kayrat” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya)

19:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya)

20:00. “Rabotniçki” (Makedoniya) - “Dinamo” (Minsk, Belarus)

20:00. “Şkendiya” (Makedoniya) - HİK (Finlandiya)

20:00. “Rujomberok” (Slovakiya) - “Brann” (Norveç)

20:15. “Kalyu” (Estoniya) - “Videoton” (Macarıstan)

20:30. “Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya)

20:30. “Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus)

20:45. “Liepaya” (Latviya) - “Suduva” (Litva)

21:00. “Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç)

21:00. “Hoqesund” (Norveç) - “Lex” (Polşa)

21:00. “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə)

21:00. “Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa)

21:00. “Apollon” (Kipr) - “Zarya” (Moldova)

21:30. “Astra” (Rumıniya) - “Zirə” (Azərbaycan)

21:30. “Valletta” (Malta) - “Utrext” (Hollandiya)

21:45. “Proqres” (Lüksemburq) - AEL (Kipr)

22:00. “Beytar” (İsrail) - “Botev” (Bolqarıstan)

22:00. “Norçepinq” (İsveç) - “Trakay” (Litva)

22:15. “Slovan” (Slovakiya) - “Lyunqbyu” (Danimarka)

22:30. “Trençin” (Slovakiya) - “Bney Yehuda” (İsrail)

22:30. “Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan)

22:30. “Şturm” (Avstriya) - “Mladost” (Monteneqro)

22:45. “Jelezniçar” (Bosniya və Herseqovina) - AİK (İsveç)

22:45. “Kork Siti” (İrlandiya) - AEK (Kipr)

22:45. “Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina)

22:45. “Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə)

23:00. “Ferensvaroş” (Macarıstan) - “Midtyulland” (Danimarka)

23:00. “Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya)

23:00. “Panionios” (Yunanıstan) - “Qoritsa” (Sloveniya)

00:00. “Valyur” (İslandiya) - “Domjale” (Sloveniya)