[b]İki ildən sonra karyerasını bərpa etdi[/b]
09.09.2016 - 10:40
[b]İki ildən sonra karyerasını bərpa etdi[/b]

ABŞ yığmasının sabiq hücunçusu Lendon Donovan futbola qayıdıb. Apasport.az saytı xəbər verir ki, 2 il öncə butslarını mismardan asan amerikalı karyerasını bərpa edib.

 

Donovan doğma klubu olan “Los Anceles Qalaksi”yə dönüb. Məlumatı klubun rəsmi saytı da təsdiqləyib.

 

Razılaşmaya əsasən, Donovan cari mövsümün sonuna qədər “Los Anceles Qalaksi”nin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 2000-2014-cü illərdə ABŞ yığmasının formasını geyinmiş Donovan millidə keçirdiyi 157 oyunda 57 qola imza atıb. O, “Los Anceles Qalaksi” klubunun tarixində ən yaxşı bombardir və assistentdi.