[b]İki qol vurdu, ən yaxşı seçildi[/b]
06.05.2017 - 12:20
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu mükafata “Ayaks”ın futbolçusu Bertran Traore və “Mançester Yunayted”in üzvü Pol Poqba namizəd idi.
Respondentlərin 90% səsini toplayan Traore rəqibini böyük fərqlə üstələyib və Avropa Liqasında həftənin oyunçusu seçilib. Poqba isə yalnız 10% səs yığa bilib.
Qeyd edək ki, Traorenin çıxış etdiyi “Ayaks” Fransa “Lion”u ilə görüşdə 4:1 hesabı ilə qalib gəlib. Bertran bu matçda iki qol vurub.
0
0