[b]İkinci 5:0[/b]
11.07.2017 - 23:03
[b]İkinci 5:0[/b]

“Qarabağ” avrokuboklarda ən böyükhesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Samtredia”nı 5:0 hesabı ilə darmadağın edib.

 

Bunadək çempionumuz avrokuboklarda 6 dəfə 3 və daha böyük top fərqilə qalib gəlsə də, belə üstünlük qazanmamışdı. Həmin qələbələrdən 4-ü üç və 2-si dörd top fərqilə qeydə alınmışdı.

 

7-ci darmadağını 5 top fərqilə rəsmiləşdirən “Qarabağ” bununla da klub tarixinin avrokuboklardakı rekordunu müəyyənləşdirib. Əyalət klubu 6 il əvvəl Avropa Liqasında “Banqa”, 3 il öncə Çempionlar Liqasında Malta “Valletta”sına 4 cavabsız qol vurmuşdu.

 

Həmin rekordu yeniləyən “Qarabağ” Azərbaycan klublarının ən böyükhesablı ev qələbəsini qazanıb. “Qarabağ” “Valletta”nı (4:0), ötən il “Qəbələ” “Samtredia”nı (5:1) dörd top fərqilə udmuşdusa, bu dəfə fərq 5-ə çatdı.

 

Bununla da Azərbaycan klublarının avrokuboklardakı mütləq rekordu da təkrarlandı. İndiyədək rekord səfərdə “Trans”ı 5:0 yenən “İnter”ə məxsus idi ki, “Qarabağ”da bu nəticəyə şərik çıxdı.

 

Qeyd edək ki, Azərbaycan klubları ümumilikdə 12-ci böyükhesablı qələbəsini qazanıb.

 

“Qarabağ”ın avrokuboklardakı böyükhesablı qələbələri

 

01.07.2009. “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1

30.06.2011. “Banqa” (Litva) – “Qarabağ” – 0:4

07.07.2011. “Qarabağ” – “Banqa” (Litva) – 3:0

22.07.2014. “Qarabağ” – “Valletta” (Malta) – 4:0

27.08.2015. “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) – 3:0

25.08.2016. “Qarabağ” – “Höteborq” (İsveç) – 3:0

11.07.2017. "Qarabağ" - "Samtredia" (Gürcüstan) - 5:0