[b]İkinci finalçı “Real” oldu[/b]
15.12.2016 - 16:31
[b]İkinci finalçı “Real” oldu[/b]

Klublararası dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Yaponiyada təşkil edilən yarışın növbəti finalçısı “Real” olub.

 

“Kral klubu” bir qədər əvvəl başa çatan yarımfinal görüşündə Meksika təmsilçisi “Amerika”ya qalib gəlib – 2:0. Kərim Benzema (45+2) və və Kriştianu Ronaldonun (90+3) vurduğu qollar “Real”ı dünən finala adlayan “Kaşima”ya rəqib edib.

 

Qeyd edək ki, həlledici görüş dekabrın 18-də keçiriləcək.