[b]İkisi debüt arzusunda, Sadıqovun hədəfində Zidan[/b]
08.05.2017 - 17:35
[b]İkisi debüt arzusunda, Sadıqovun hədəfində Zidan[/b]

Bu gün açıqlanan Azərbaycan millisinin heyətində yer alan futbolçuların yığmadakı oyun və qol göstəriciləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya ilə DÇ-2018-in seçmə matçının hazırlığa başlayacaq millimizdə yalnız iki futbolçu debütant adını daşıyır.

 

Söhbət rəsmi oyunlarda iştirakdan gedir ki, iyunun 10-dakı matç Riçard Almeyda ilə Renat Dadaşov üçün ilk ola bilər. Milliləşən legionerlər əvvəllər də komandaya çağırılsa da, hələlik debüt etməyiblər. Renat gənc olduğundan məsul matçda Almaniyaya qarşı oynamayıb, Riçardın isə milliləşmə prosesi yekunlaşmayıb. Onun gələn ay keçirilən görüşdə iştirakı da hələ dəqiqləşməyib.

 

Millimizin rekordçusu Rəşad Sadıqov isə oyun sayını artırmaq imkanına malikdi. Hesabında 107 matç olan müdafiəçi bu göstəricidə dünyada 265-ci göstəriciyə malikdi. Şimali İrlandiya ilə qarşılaşma onun üçün 108-ci olacaq. Müdafiəçimiz 251-ci pillədə qərarlaşan 14 futbolçuya çatacaq. Rəşad Zinəddin Zidan, Bobbi Mur, Yurgen Klinsmann kimi əfsanələrə çatmaq imkanı əldə edib. Dieqo Qodin, Aleksis Sançes və Qabor Kiray da 108 oyun keçirənlərdəndi.

 

“26-lıq”da yer alan Ruslan Abışov 50-ci matçının intizarındadı. Son matçlarda şans qazanmayan futbolçu 100-ü yarılamaq üçün növbəti şans əldə edib.

 

Yığmanın indiki heyətində yalnız üç futbolçu 50-ni fəth edib. Rekordçu Rəşaddan başqa, Kamran Ağayevlə Rahid Əmirquliyev də bunu bacarıb.

 

futbolçu

oyun

qol

Rəşad Sadıqov

107

4

Kamran Ağayev

65

-101

Rahid Əmirquliyev

54

3

Ruslan Abışov

49

4

Cavid Hüseynov

48

2

Maksim Medvedev

40

1

Elvin Məmmədov

37

7

Əfran İsmayılov

33

2

Qara Qarayev

31

0

Bədavi Hüseynov

30

0

Dmitri Nazarov

23

6

Araz Abdullayev

21

1

Ruslan Qurbanov

17

1

Məhəmməd Mirzəbəyov

15

0

Ağabala Ramazanov

11

1

Səlahət Ağayev

10

-7

Eddi İsrafilov

8

0

Tərlan Quliyev

7

1

Namiq Ələsgərov

7

0

Ramil Şeydayev

5

0

Pavel Paşayev

4

0

Anar Nəzirov

4

-2

Ürfan Abbasov

2

0

Emin Mahmudov

2

0

Renat Dadaşov

0

0

Riçard Almeyda

0

0