“Trabzonspor”da gözlənilən iki ayrılıq baş tutmaq üzrədir. Apasport.az saytının məlumatına görə, “qaradənizlilər” Hyun Yun Suk və Akpopo komandadan göndərilir.
Toqo əsilli Akpopo 1-ci liqada mübarizə aparan “Böyükşəhər Qaziantepspor”la anlaşıb. Keçid bazar ertəsi günü rəsmiləşəcək.
Koreyalı Suk isə müqavilə ilə bağlı olduğu “Porto”ya dönəcək və yenidən icarə qaydası ilə “Belenseş”ə yollanacaq.
Qeyd edək ki, “Trabzonspor”un prezidenti Muharrem Usta qatıldığı bir televiziya proqramında adları çəkilən oyunçuların və millimizin üzvü Ramil Şeydayevin komandadan ayrılacağını bildirmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı