[b]İlin son turu: Liderlərin ev sınağı, autsayderlər üz-üzə[/b]
16.12.2016 - 11:10
[b]İlin son turu: Liderlərin ev sınağı, autsayderlər üz-üzə[/b]

Sabah Topaz Premyer Liqasında XIV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin son turunun oyunları eyni gündə baş tutacaq.

 

Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşannlar növbəti ev matçına çıxacaq. Autsayderlər isə bir-biri ilə görüşdə xal qazanmağa çalışacaq.

 

İkinci dövrənin və mövsümün ilk yarısının son qarşılaşmalarına Qəbələdə start veriləcək. Liderliyə iddialı olan eyniadlı komanda “Kəpəz”i qəbul edəcək. Bu matç təqvimə əsasən Gəncədə keçirilməli olsa da, meydanın ot örtüyünün durumu ilə əlaqədar görüş Qəbələdə baş tutacaq. Ötən turun qalmaqallı matçında “Qarabağ”a uduzub, zirvəni əldən verən “qırmızı-qaralar” 1-ci pilləyə qayıtmaq üçün mütləq qalib gəlməlidi. Qərblilər isə qış fasiləsinə 4-cü sırada yollanmaq üçün 3 xal qazanmağa borcludu.

 

Çünki “Kəpəz”in izləyiciləri günün ikinci matçında üz-üzə gələcək. “Sumqayıt” – “Zirə” qarşılaşmasının qalibi 4-cü pilləyə yüksəlmək imkanına malikdi. Uduzan komanda isə fasiləyə 6-cı sırada yollanacaq. 3 turdu uduzmayan sumqayıtlılar uğurlu seriyasını davam etdirməyə iddialıdı. Zirəlilər isə 3 matçlıq qələbə həsrətinə səfərdə son qoymağa çalışacaq.

 

İlin son paytaxt derbisində çempionatın autsayderləri görüşəcək. Cari mövsüm heç-heçə etməyən “Neftçi” iki matçlıq qələbə intizarını AZAL-la görüşdə qırmalıdı. Autsayder isə 17 oyunluq qələbə həsrətini bitirmək arzusundadı.

 

Turun mərkəzi oyununda “Qarabağ” “İnter”i qəbul edəcək. 4 turdu meydanı qolsuz tərk etməyən sonuncular liderlərə yaxınlaşmaq, ağdamlılar isə qələbə seriyasını 7-yə çatdırmaq üçün mübarizə aparacaq. “Bankirlər” istənilən nəticədə 3-cü pillədə qalacaq. Əyalət klubu isə zirvəni “Qəbələ”yə qaytarmamaq üçün ən azı 1 xal qazanmalıdı. Təbii ki, sonuncuların qalib gəlməsə, ağdamlılar məğlubiyyətlə də mövqeyini qoruyacaq.


Topaz Premyer Liqası

XIV tur

 

17 dekabr (şənbə)

14:00. “Qəbələ” - “Kəpəz”

I dövrədəki oyun: 2:0
Qəbələ şəhər stadionu

16:00. “Sumqayıt” – “Zirə”
I dövrədəki oyun:
1:0
Sumqayıt. Şəhər stadionu


17:00. “Neftçi” – AZAL

I dövrədəki oyun: 2:0
8-ci km qəsəbə stadionu


17:00. “Qarabağ” – “İnter”

I dövrədəki oyun: 1:2
“Azersun Arena”

1

Qarabağ

13

10

1

2

26-6

31

2

Qəbələ

13

8

4

1

28-6

28

3

İnter

13

6

6

1

21-12

24

4

Kəpəz

13

3

6

4

9-11

15

5

Zirə

13

4

3

6

11-14

15

6

Sumqayıt

13

3

5

5

12-18

14

7

Neftçi

13

3

0

10

9-29

9

8

AZAL

13

0

5

8

5-25

5

 

 

 
Bombardir: Baqali Dabo (Qəbələ) - 7