[b]İlk çempionluq[/b]
07.08.2017 - 09:11
Qadın futbolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Hollandiyada keçirilən turnir meydan sahiblərinin zəfəri ilə nəticələnib.
“Narıncılar” həlledici qarşılaşmada Danimarka ilə görüşüb. Məhsuldar keçən oyunda meydan sahibləri 4:2 hesabı ilə qalib gəlib.
Bürünc medala isə yarımfinalda məğlub olan İngiltərə və Avstriya milliləri layiq görülüb.
Qeyd edək ki, Hollandiya millisi tarixində ilk dəfə Avropa çempionu adına yiyələnib. Bunadək Almaniya 8, Norveç 2, İsveç 1 dəfə qızıl medala yiyələnib.
0
0